» » Bakıda ağır yaralanan 20 yaşlı qızı xilas etmək mümkün olmadı - FACİƏ


Bakıda ağır yaralanan 20 yaşlı qızı xilas etmək mümkün olmadı - FACİƏ

8-03-2015, 12:37
Oxunub: 855
Çap et
Bakıda ağır yaralanan 20 yaşlı qızı xilas etmək mümkün olmadı - FACİƏBakıda ağır qəza nəticəsində xəsarət almış 20 yaşlı qız xəstəxanada vəfat edib. milliyyet.az-ın Lent.az-a istinadən məlumatına görə, martın 3-də Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 5 ünvanın qarşısında 1990-cı il təvəllüdlü, Ağdam rayon sakini Nəzərov Anar Pənah oğlunun idarə etdiyi “VAZ 2107” markalı, 90-MX-045 nömrəli maşını yolun kənarında saxlamış WB97R markalı traktora çırpıb. Nəticədə “VAZ 2107”də sərnişin qismində olan 1995-ci il təvəllüdlü Sergeyevna Marina İqorevna Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 20 yaşlı qız martın 7-də reanimasiyada vəfat edibr.

Faktla bağlı araşdırmalar aparılır.



Reytinq: