» » Bakıda 20 minlik cinayət


Bakıda 20 minlik cinayət

4-03-2015, 12:54
Oxunub: 973
Çap et
Bakıda 20 minlik cinayət


Polisin yaxaladığı ev oğrusunun üstündən narkotik də tapılıb

Kriminal Bakıda mənzildən külli miqdarda qızıl oğurlayan şəxs saxlanılıb. milliyyet.az ANS PRESS-ə istinadən yaydığı məlumata görə, əməliyyat Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də günorta saatlarında Arzu Mirzəyevanın evindən açar seçmə yolu ilə 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 1967-ci il təvəllüdlü İlqar Arif oğlu Əliyev tutulub.

Şübhəli şəxsin üzərindən 1,440 qram tiryək tiryək aşkar olunaraq götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, İlqar Əliyev əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırma aparılır.



Reytinq: