» » Bakıda 14 "avtoş" tutuldu


Bakıda 14 "avtoş" tutuldu

21-02-2015, 20:56
Oxunub: 998
Çap et
Bakıda 14 "avtoş" tutuldu
Qaydalarını kobud şəkildə pozan sürüclərə qarşı sərt tədbirlər görülür
Paytaxtın küçə və prospektlərində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq özlərinin və digərlərinin həyatına real təhlükə yaradan sürücülərə qarşı sərt tədbirlər görülür.

milliyyet.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, fevral ayı ərzində Bakıda avtoxuliqanlıq edən, avtomobili sərxoş vəziyyətdə idarə edən, sürücülük vəsiqəsi olmayan və polisin qanuni saxlama işarəsinə əhəmiyyət verməyən sürücülər yol polisi əməkdaşları reydlər zamanı saxlanılıb. Saxlanılan şəxslər barəsində inzibati qaydada məsuliyyətə cəlb edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, həmin sürücülərdən 14-ü artıq həbs olunub.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə 10 sutkadan 30 sutkayadək həbs edilib. Onlardan 5-i avtoxuliqanlıq, 5-i avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə saxlanılıb. Həmin şəxslərdən 4-ü isə polisin qanuni saxlama işarəsinə əhəmiyyət verməyərək yayınmağa çalışan, sürücülük vəsiqəsi olmayan şəxslərdir. Həmin sürücülər polis əməkdaşları tərəfindən görülmüş qabaqlayıcı tədbirlər nəticəsində məcburi dayandırılıblar.

Sürücülər dindirilərkən müxtəlif bəhanələr gətiriblər. Lakin heç bir bəhanə onları məsuliyyətdən azad etmir. Saxlanılan şəxslərin əməlləri rayon məhkəmələrinin qərarları ilə tam araşdırılıb və onların yol hərəkəti qaydalarını kobud şəkildə pozduqları sübuta yetirilib.

Məhkəmə proseslərində paytaxtda quraşdırılan kameralarda qeydə alınan görüntülərdən də istifadə olunub.



Reytinq: