» » Bakıda amansızlıqla öldürülən qadının kimliyi bilindi


Bakıda amansızlıqla öldürülən qadının kimliyi bilindi

16-02-2015, 11:53
Oxunub: 832
Çap et
Bakıda amansızlıqla öldürülən qadının kimliyi bilindi

Hadisəni törədən şəxs və ya şəxslər axtarılır

Bakının Xəzər rayonunda qətlə yetirilən qadının kimliyi müəyyənləşib. milliyyet.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, Buzovna qəsəbəsində küçədə meyiti tapılan qadının 1968-ci il təvəllüdlü Rzayeva Xatirə Saməddin qızı olması müəyyən edilib. İlkin baxış nəticəsində qadının 16 bıçaq zərbəsi ilə amansızlıqla qətlə yetirildiyi məlum olub. Hazırda cinayəti törədən şəxs və ya şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.



Reytinq: