» » Bakıda vətəndaşın bank hesabından pul oğurlanıb


Bakıda vətəndaşın bank hesabından pul oğurlanıb

13-02-2015, 15:50
Oxunub: 895
Çap et
Bakıda vətəndaşın bank hesabından pul oğurlanıb
Bakıda vətəndaşın bank hesabından 3000 manata yaxın pulu oğurlayan şəxs tutulub.

milliyyet.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, Xəzər RPİ Cinayət Axtarış Şöbəsi və 1-ci PB əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən ilin dekabrın 1-də Bakı şəhər sakini Vahid Sadata məxsus şəxsi bank hesablarından 2964 manat nağd pulu çıxararaq oğurlayan Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Elxan Cahangirov tutulub.

Faktla bağlı CM-nin 177-ci maddəsi ilə Cİ başlanıb, araşdırmalar davam etdirilir.



Reytinq: