» » Məktəbliləri vurub öldürən sürücü tutuldu


Məktəbliləri vurub öldürən sürücü tutuldu

12-02-2015, 16:39
Oxunub: 956
Çap et
Məktəbliləri vurub öldürən sürücü tutuldu

"KamAZ” yolu keçən Mikayılov Hüseyn və Feyzullayeva Zivəri vurub

Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu Binəqədi rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. milliyyet.az xəbər verir ki, Prokurorluğun mətbuat xidmətindən islamazeri.az-a verilən məlumata görə, hüquq mühafizə orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla bir piyadanın ölümünə, digərinin isə xəsarət almasına səbəb olan sürücü tutulub.
Belə ki, fevralın 9-da saat 13 radələrində rayonun Rəsulzadə qəsəbəsi ərazisində “KamAZ” markalı 28-BA-505 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Cəfərov Vsuhi Qəhrəman oğlunun yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyadalar - Mikayılov Hüseyn Vaqif oğlunu və Feyzullayeva Zivər Vüqar qızını vurub.
Qəza nəticəsində Zivər Feyzullayeva hadisə yerində ölüb. H.Mikayılov isə ağır yaralanıb.
Faktla bağlı Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən V.Cəfərov tutulub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, yük maşının vurduğu piyadalar orta məktəb şagirdləri olub.



Reytinq: