» » Bakı metrosunda faciə: Ölən var


Bakı metrosunda faciə: Ölən var

11-12-2014, 14:04
Oxunub: 819
Çap et
Bakı metrosunda faciə: Ölən var



Metronun “İnşaatçılar” stansiyasında ölüm hadisəsi baş verib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından milliyyet.az Publika.az-a istinadən verdiyi məlumata görə, Stansiyaya 62 yaşlı qadının halının pisləşməsi ilə bağlı müraciət edilib. Təcili yardım həkimləri hadisə yerinə çatanda artıq qadın dünyasını dəyişmiş olub.

13:06

Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Axar.az-a verdiyi açıqlamasında məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, hadisə dünən saat 16:12-də baş verib:

"Metropoliten əməkdaşı 1952-ci il təvəllüdlü Əliyeva Həlimənin iş vaxtı qəflətən halı pisləşib. Təcili tibbi yardım maşını çağırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun əvvəlcədən ürəktutması var idi".



Reytinq: