» » Bakıda 42 minlik saxta qızıl


Bakıda 42 minlik saxta qızıl

4-02-2015, 13:01
Oxunub: 1065
Çap et
Bakıda 42 minlik saxta qızıl

Polis dələduzluq edərək saxta qızıl satan iki qadın tutub
Bakıda həmcinsinə qarşı dələduzluq etməkdə şübhəli bilinən iki qadın saxlanılıb.

milliyyet.az xəbər verir ki, Bakı şəhər BPİ-dən ANS PRESS-ə verilən məlumata görə, hadisə 2014-cü il avqust ayında baş verib.

Bakı şəhər sakini Gülşən İmranovayanın etibarından sui-istifadə edərək ona 42.000 manat dəyərində saxta zərgərlik məmulatları satıblar.

Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməli törətməkdə şübhəli bilinən - Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuşlar, 1959-cu il təvəllüdlü Asyaxanım Hüseynova və 1961-ci il təvəllüdlü Sevinc Orucova tutulub.

Faktla bağlı araşdırma aparılır.



Reytinq: