» » Azərbaycanda ağır qəza: iki nəfər öldü


Azərbaycanda ağır qəza: iki nəfər öldü

9-12-2014, 16:07
Oxunub: 943
Çap et
Azərbaycanda ağır qəza: iki nəfər öldü



Hadisəyə avtomobilin sürətlə idarə edilməsi səbəb olub
Şəmkir rayonunda ağır yol qəzası baş verib.

Azinfoburo.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə dekabrın 8-də saat 17 radələrində Şəmkir şəhərində Çinarlı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Eldəniz Zeynalov idarə etdiyi “Opel” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Sürücü və sərnişini Aslan Pürəziz hadisə yerində dünyasını dəyişib.

İlkin ehtimala görə, hadisəyə avtomobilin sürətlə idarə edilməsi səbəb olub.

Faktla bağlı Şəmkir rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.



Reytinq: