» » Şahidin siflis xəstəsi olduğu üzə çıxdı


Şahidin siflis xəstəsi olduğu üzə çıxdı

8-12-2014, 17:55
Oxunub: 1320
Çap et
Şahidin siflis xəstəsi olduğu üzə çıxdı

Bu gün Yasamal rayon Məhkəməsində 1983 təvəllüdlü Bakı şəhər sakini Kazımov İsmayıl Kamal oğlunun məhkəmə prosesi keçirilib.

Milliyət.az Avropa.info-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Cinayyət Məcəlləsinin 234.1-ci (narkotikdən istifadə etmə) maddəsi ilə ittiham olunan İsmayıl Kazımovun məhkəmə prosesi növbəti dəfə qalmaqalla müşayət olunub.

Hakim Aqşin Əfəndiyev məhkəmə iclasını açıq elan edərək hal şahidi Əli Kərimovu şahid ifadəsi verməyə dəvət edib. Hal şahidi Əli Kərimov bildirib ki, 2014-cü ilin fevral ayının 8-də Bakı şəhər Yasamal rayonu Salamzadə küçəsi ilə gedərkən bir nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduğunu və polis idarəsinə gətirilən bir nəfər şübhəli şəxsin üstünə baxış keçirilməsi üçün hal şahidi kimi iştirak etməyini xahiş edib.

"Xahişi qəbul etdim və Yasamal Polis İdarəsinə getdim. Polislərin axtarışı nəticəsində İsmayıl Kazımovun üzərindən narkotik maddə aşkarlandı".

Təqsirləndirilən şəxs İsmayıl Kazımovun hal şahidindən "Üstümə baxış keçirilən zaman orada neçə nəfər var idi" sualına , Əli Kərimov "bilmirəm, yadımda deyil" cavabı verib. Suallar verilərkən, dövlət ittihamçısı Əsədulla Ramazanov təqsirləndirilən şəxsin düzgün suallar vermədiyini bildirib. Bu isə təqsirləndirilən şəxsin etirazına səbəb olub.

Təqsirləndirilən şəxs İsmayıl Kazımovun şahidə "nə üçün məhkəməyə gəlmirdiniz, hansı xəstəlikdən müalicə olunurdunuz" sualına isə , dövlət ittihamçısı tərəfindən sərt reaksiya verilib. Bundan sonra, şahid Əli Kərimov məhkəməyə xəstəliyi haqqında arayış təqdim edib. Hal şahidi məhkəməni tərk edəndən sonra, məlum olub ki, o, siflis xəstəliyindən əziyyət çəkirmiş.

Təqsirləndirilən şəxs İsmayıl Kazımov hal şahidi qismində məhkəməyə dəvət olunan Əli Kərimovun narkotik maddə istifadəçisi olduğunu və bir dəfə məhkum edildiyini bildirib. Onun dediyinə görə, Əli Kərimov hal şahidi kimi ifadə verməklə məşğuldur və o, mütəmadi olaraq bir çox məhkəmə proseslərində bu "vəzifəni" daşıyır.

Sonda , dövlət ittihamçısı İsmayıl Kazımova cəzasını ciddi rejimli həbsxanada çəkməklə 2 il 9 ay iş istəyib.

Qeyd edək ki, İsmayıl Kazımov Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə ittiham olunur.



Reytinq: