» » Azərbaycanda dəhşətli hadisə: universitet müəllimi özünü yandırdı


Azərbaycanda dəhşətli hadisə: universitet müəllimi özünü yandırdı

10-08-2018, 21:53
Oxunub: 114
Çap et
Azərbaycanda dəhşətli hadisə: universitet müəllimi özünü yandırdı


Faktla bağlı araşdırma aparılır.

Samux rayon sakini ağır dərəcəli yanıq xəsarətləri alıb.

Milliyet.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qovlarsarı kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1941-ci il təvəllüdlü Həsən Qəzənfər oğlu Yusifov üzəri alovlanmış vəziyyətdə yaşadığı evin həyətindən küçəyə çıxıb. Ətrafdakıların köməyi ilə alov söndürülüb və H.Yusifov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. H.Yusifovun özü-özünü yandırdığı ehtimal olunur.

Onun kənd təsərrüfatı üzrə elmlər namizədi olduğu və əvvələr universitetlərin birində müəllim işlədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Reytinq: