Arvadının boğazını kəsən ər ölkədən qaçmaq istəyərkən tutuldu – YENİLƏNİB » Milliyet.Az

Arvadının boğazını kəsən ər ölkədən qaçmaq istəyərkən tutuldu – YENİLƏNİB

Arvadının boğazını kəsən ər ölkədən qaçmaq istəyərkən tutuldu – YENİLƏNİB
Bakıda həyat yoldaşını qətlə yetirən şəxs ölkədən qaçmaq istərkən saxlanılıb.

Milliyet.Az Report-a istinadən xəbər verir ki, Binəqədi rayonunda yaşayan 1965-ci il təvəllüdlü Rasim Qara oğlu Çəltikov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1967-ci ik il təvəllüdlü Arifə Həsən qızı Çəltikovanın boğazını kəsərək onu qətlə yetirib.

Daha sonra R.Çəltikov hadisə yerindən qaçaraq ölkəni tərk etmək istəyib. Lakin o, hüquq mühafizə orqanları əməkdaşları tərəfindən Qusar rayon "Yalama" Keçid məntəqəsində Rusiya Federasiyasına qaçmaq istəyərkən saxlanılıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

***

09:06

Bakıda dəhşətli qətl törədilib.

Milliyet.Az Lent.az-a istinadən xəbər verir ki, Binəqədi qəsəbəsi, 3-cü mədən 124-cü korpus ərazisindəki həyət evində 1965-ci il təvəllüdlü Çəltikov Rasim Qara oğlu həyat yoldaşı, 1967-ci ildə anadan olmuş Çəltikova Arifə Hüseyn qızının boğazını kəsib. Qadın hadisə yerində ölüb.

Bıçaqla həyat yoldaşının başını kəsən R.Çəltikov hadisə yerindən qaçıb və ölkəni tərk edərkən tutulub.

Faktla bağlı cinayət işi açılıb, qətlin səbəbi araşdırılır.
  • Sosial şəbəkədə paylaş