» » Azərbaycanlı "qanuni oğru" tutuldu


Azərbaycanlı "qanuni oğru" tutuldu

27-01-2015, 21:15
Oxunub: 1009
Çap et
Azərbaycanlı "qanuni oğru" tutuldu

Polis Yunus Nəzərovu dostları ilə kafedə ad günü keçirərkən saxlayıb
Moskvada azərbaycanlı "qanuni oğru" saxlanılıb.

milliyyet.az-ın ANS PRESS-a istinadən verdiyi məlumata görə, həmyerlimiz dünən paytaxt Moskvadakı kafelərdən birində ələ keçirilib.

Rusiyanın Daxili İşlər Nazirliyinin əməkdaşları 54 yaşlı azərbaycanlı "qanuni oğru", kriminal aləmdə Yunus Yasamalski kimi tanınan Yunus Nəzərovu dostları ilə kafedə ad günü keçirərkən saxlayıb.

Polislər Azərbaycan vətəndaşının Rusiya ərazisində 4 aydan çoxdur ki, qanunsuz olaraq yaşadığını müəyyən ediblər.

Bundan sonra avtoritetin Azərbaycana deportasiya edilməsi üçün Federal Miqrasiya Xidmətinə müraciət edilib.

Qeyd edək ki, dünən Moskva polisinin keçirdiyi əməliyyat nəticəsində paytaxt restoranlarından birində 50-dən çox “qanuni oğru” ələ keçirilib.



Reytinq: