» » Gecə yataqxana yaxınlığında qətl


Gecə yataqxana yaxınlığında qətl

8-12-2014, 11:46
Oxunub: 1004
Çap et
Gecə yataqxana yaxınlığında qətl

Bu gecə saat 02:30-da Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

Milliyət.az bildirir ki, Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyevin Anspress.com-a verdiyi məlumata görə, 41-ci məhəllə, Bakı küçəsindəki yataqxananın arxasında kişi meyiti tapılıb.

Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları yollanıb. Araşdırmalar zamanı məlum olub ki, ölən 1990-cı il təvəllüdlü Toğrul Ənvər oğlu Əstanovdur. Onun bıçaqla qətlə yetirildiyi məlum olub.

Dərhal araşdırmalar başalanılıb. Araşdırmalar zamanı onun qətlində şübhəli bilinən 1986-cı il təvəllüdlü Vüsal Xəlilov saxlanılıb.

İlkin ehtimala görə, hadisə onlar arasında şəxsi münasibətlər zəmnində baş verib. Lakin hadisə barədə dəqiq məlumatlar araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.



Reytinq: