“Rang Rover”lə ölümlə nəticələnən qəza törədən məmur oğluna HÖKM OXUNDU » Milliyet.Az

“Rang Rover”lə ölümlə nəticələnən qəza törədən məmur oğluna HÖKM OXUNDU

“Rang Rover”lə ölümlə nəticələnən qəza törədən məmur oğluna HÖKM OXUNDU


Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmir İbadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə E.İbadov 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Elmir İbadov bu il avqustun 22-də idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vurub və o ölüb.
avtosfer.az
  • Sosial şəbəkədə paylaş