» » Bakıda kirayənişin ev sahibinin başını kəsib


Bakıda kirayənişin ev sahibinin başını kəsib

11-04-2017, 15:54
Oxunub: 244
Çap et
Bakıda kirayənişin ev sahibinin başını kəsib


Bakıda ötən gün törədilən qətlin təfərrüatları məlum olub.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonunun Binə südçülük sovxozu adlanan ərazidə kirayədə yaşayan, 1992-ci il təvəllüdlü İlkin Səməd oğlu Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fial Elzibar oğlu İsmayılovu qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb. Meyitə ilkin baxış keçirilərkən onun üzərində 4 bıçaq zərbəsi və boğazının kəsildiyi məlum olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, İ. Əhmədov uzun müddətdir F. İsmayılovun evində kirayədə yaşayıb. F. İsmayılov İ. Əhmədovun onun həyat yoldaşı ilə münasibətlərindən şübhələnib. O, ötən gün səhər işə getmək adı ilə evdən çıxıb və tez geri dönüb. Evə qayıdarkən isə İ. Əhmədovu həyat yoldaşı ilə bir yerdə tutub. Nəticədə onların arasında dava düşüb və İ. Əhmədov F. İsmayılovu bıçaqlayıb.

Hadisəni törədən İ. Əhmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.



Reytinq: