» » Bakı dəhşətli hadisə: metroda qadın özünü qatarın altına atdı


Bakı dəhşətli hadisə: metroda qadın özünü qatarın altına atdı

15-03-2017, 14:02
Oxunub: 294
Çap et
Bakı dəhşətli hadisə: metroda qadın özünü qatarın altına atdı


Bakıda metro stansiyasında intihara cəhd hadisəsi baş verib.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, hadisə bu gün saat 10:40 radələrində metronun “Ulduz” stansiyasında baş verib. 1961-ci il təvəllüdlü Kərimova Hüsniyyə Tufan qızı qatar platformaya daxil olarkən özünü qatarın altına atıb. Maşinist dərhal qatarı saxlayıb və qadın relslərin arasından çıxarılıb.

İntihara cəhdin səbəbləri hələlik məlum deyil.



Reytinq: