» » Polis Bakıda əməliyyat keçirdi: 8 nəfər tutuldu


Polis Bakıda əməliyyat keçirdi: 8 nəfər tutuldu

23-02-2017, 14:09
Oxunub: 586
Çap et
Polis Bakıda əməliyyat keçirdi: 8 nəfər tutuldu


Silsilə oğurluqlar edən mütəşəkkil dəstə üzvləri saxlanılıb
Səbail RPİ 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Badamdar qəsəbəsində silsilə oğurluqlar etməkdə şübhəli bilinən mütəşəkkil dəstənin üzvləri saxlanılıb.

Bu barədə DİN-in mətbuat xidmətinədn məlumat verilib.

Bildirilir ki, daxili işlər orqanlarının əməkdaşları ümumən cinayətkarlıq, o cümlədən mülkiyyət əleyhinə olan oğurluq cinayətlərinin qarşısının alınması və açılması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib. Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının zərərçəkən vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Badamdar qəsəbəsində evləri qarət etməkdə şübhəli bilinən mütəşəkkil dəstə üzvləri - Ağarəhim Əliyev, Cavid İsazadə, Təhməz Əsgərov, Mənsur Məmmədov, Orxan Quliyev, Rişan Bayramov, Nicat Əliyev və Camal Heydərov tutulublar.

Saxlanılan şəxslərin ətrafında həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, onlar Badamdar qəsəbəsində 10 mənzil və 1 mağazadan qızıl-zinət, məişət əşyaları və pul oğurlamaqla zərərçəkənlərə külli miqdarda ziyan vurublar. Qeyd edək ki, saxlanılan şəxslər oğurluq edəcəkləri mənzillərin yerini əvvəlcədən müəyyən ediblər. Bir neçə evdən oğurluq etmək təklifi isə dəstə üzvü Orxan Quliyevdən gəlib. O, gecə evdə olmayan qonşuları barədə digər dəstə üzvlərinə qabaqcadan məlumat verib. Göstərilən faktlarla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.



Reytinq: