» » Qayınanasını amansızlıqla öldürdü


Qayınanasını amansızlıqla öldürdü

7-12-2014, 00:39
Oxunub: 1100
Çap et
Qayınanasını amansızlıqla öldürdü

Hadisəni törədən şəxs qaçıb

Şəmkirdə qətl hadisəsi törədilib.

Milliyət.az xəbər verir ki, Şəmkir rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Dəllər qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Babək Hüseynov münaqişə zəminində keçmiş qayınanası, 1961-ci il təvəllüdlü Svetlana Abbasovanı bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, B.Hüseynovun saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.



Reytinq: