DataLife Engine > Cemiyyet > Bakı Apellyasiya Məhkəməsindən daha bir özbaşınalıq

Bakı Apellyasiya Məhkəməsindən daha bir özbaşınalıq


25-02-2015, 15:00. Разместил: sehriyar Bakı Apellyasiya Məhkəməsindən daha bir özbaşınalıqmilliyyet.az Dia.az-a istinadən xəbər verir ki, Hakim Xuraman Məhərrəmova adı qalmaqala qarışmış 7 saylı İnternat Məktəbinin sabiq direktorunun qızının xeyrinə qərar çıxarıb
Azərbaycanda məhkəmə sisteminin bərbad durumda olduğu sirr deyil. Əksər proseslərin sonunda qərarların ya sifarişli, ya da başdansovdu çıxarıldığı diqqəti çəkir. Xüsusən də Bakı Apellyasiya Məhkəməsi ilə bağlı bu məsələdən dolayı xeyli şikayətlər var.
Qaynar.info xəbər verir ki, Bakı Apellyasiyası Məhkəməsində özbaşınalıq baş verib. Belə ki, 2014-cü ilin yanvarında həyat yoldaşından ayrılan Arzu Əsgərovanın bir müddət əvvəl Yasamal rayon Məhkəməsində iddiasına baxılıb. Həmin iddiada göstərilir ki, xanım Əsgərova boşandığı həyat yoldaşının evində yaşamaq hüququ əldə etmək istəyib. Amma ilkin instansiya bu iddianı rədd edib və ona keçmiş ərinin evində yaşamaq hüququ olmadığına dair qətnamə çıxarıb. Qərarda bunun niyə mümkün olmadığı tam təsdiqini tapıb.
Lakin A.Əsgərova Yasamal Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Həmin şikayət üzrə araşdırma aparan sözügedən instansiya fevralın 19-da qarşı tərəfin nə özünün, nə də nümayəndəsinin iştirakı olmadan qərar çıxarıb.
Halbuki fevralın 15-də məhkəmə keçiriləcəyi ilə bağlı xəbərdarlıq edilən qarşı tərəf məhkəmənin hakimi Xuraman Məhərrəmovaya bildirib ki, fevralın 19-da prosesə qatıla bilməyəcək və bu səbəbdən də məhkəmənin tarixini dəyişdirsinlər. Hakim danışıq əsasında xahişi nəzərə aldıqlarını desə də, sonradan məlum olub ki, proses fevralın 19-da keçirilib və qarşı tərəfin əleyhinə qərar çıxarıb.
Həmin qərarda vurğulanır ki, Arzu Əsgərova keçmiş həyat yoldaşının evində 1 il yaşamaq hüququna sahibdir. Hansı ki, qanuna əsasən bu mümkünsüz bir haldır. Görünür, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev və prosesi aparan Xuraman Məhərrəmova ya qanunları yaxşı bilmir, ya da qanunları saya salmırlar. Əks halda, qanunun tələbinə uyğun olaraq, Yasamal Məhkəməsinin qərarını qüvvədə saxlamalı idi.
Qaynar.info-nun dəqiqləşdirmələrinə görə, Arzu Əsgərova məşhur şəxslərdən birinin qızıdır. Belə ki, o, hələ bir müddət əvvəl adı qalmaqala qarışmış, Suraxanı rayonunda yerləşən 7 saylı İnternat Məktəbinin sabiq direktoru Afaqət Əsgərovanın qızıdır. Xatırdladaq ki, Afaqət Əsgərovanın adı rəhbəri olduğu internat məktəbində uşaq döyülməsi olayına qarışsmışdı. Və həmin hadisədən sonra işdən çıxarılıb və internatın fəaliyyəti dayandırıldı. Məlumat üçün bildirək ki, Afaqət Əsgərova hazırda evlərdə gedərək xəstə uşaqlara dərs keçir…
Вернуться назад