DataLife Engine > Cemiyyet > Deputat: “Millət vəkili vəsiqəsi mənə yox, xalqa məxsusdur”

Deputat: “Millət vəkili vəsiqəsi mənə yox, xalqa məxsusdur”


26-09-2019, 00:44. Разместил: sasaza
Deputat: “Millət vəkili vəsiqəsi mənə yox, xalqa məxsusdur”


“Deputat öz vəsiqəsini girov qoya bilməz. Çünki o vəsiqə millət vəkilinə deyil, ona ümid olaraq seçmiş minlərlə insana, xalqa məxsusdur”.
Bizimyol.info xəbər verir ki, bu fikirləri millət vəkili Qənirə Paşayeva səsləndirib:

“O vəsiqə mənimlə birlikdə minlərlə seçicinin vəsiqəsidir, mən onların vəsiqəsini girov qoya bilmərəm. Dünyada millət vəkilindən şərəfli peşə yoxdur. Öz xalqnı dünyada təmsil etməkdən şərəfli və məsuliyyətli heç nə ola bilməz”,- deyə o qeyd edib.

“Millət vəkillərinin aldığı maaş onlara bəs edirmi?” sualını isə deputat xanım belə cavablanıdırb:”

Mən öz adıma cavab verə bilərəm.Bahalı əyləncə yerlərinə, bahalı istirahətə getmrəm, marka geyimlərin həvəskarı deyiləm,sadə həyat yaşayıram, ona görə millət vəkilinin maaşı mənə yetir. Millət vəkillərinin maaşlarının artması barədə təkliflər sosial şəbəkələrdə həmişə tənqidlə qarşılanır. Bu polemikanı alovlandırmaq istəmirəm. Lakin tam səmimiyyətimlə demək istəyirəm ki, mən maaşımın yarısını yardım və kömək üçün istifadə edirəm. Mən deputatların maaşı artsın deyə tələb etməmişə həmişə demişəm ki, ilk növbdə müəllimlərin maaşları artırlmalıdır”.

Qeyd edək ki, millət vəkili Rafael Cəbrayılovun 300 min manat borc müqabilində Milli Məclisin 3-cü və 4-cü çağırış vəsiqəsinin orijinalını yazılı iltizamla girov qoyması ciddi müzakirəlrə səbəb olmuşdu.
Вернуться назад