DataLife Engine > Cemiyyet > Azərbaycanda tanınmış vəkili güllələyib öldürdülər - FOTO

Azərbaycanda tanınmış vəkili güllələyib öldürdülər - FOTO


13-09-2019, 15:30. Разместил: sasaza
Azərbaycanda tanınmış vəkili güllələyib öldürdülər - FOTO


Tovuz rayonunda güllələnən vəkil Firudin Ələkbərli xəstəxanada dünyasını dəyişib.

***09:45

Tovuz rayonunda tanımış vəkilin güllələnməsinin bəzi detalları məlum olub.

Vəkil Firudin Ələkbərlini rayonda "Göl Əli" kimi tanınan şəxsin vurduğu bildirilir.

İlkin məlumatlara görə, vəkil otağına keçib və təxminən 15 dəqiqə sonra adıçəkilən şəxs içəri girərək vəkili güllələyib və ərazidən uzaqlaşıb.

F.Ələkbərli xəstəxanaya çatdırılıb. Hadisə yerinə Tovuz rayon rayon Polis İdarəsinin və Prokurorluq orqanlarının rəsmiləri cəlb olunub.

Qeyd edilir ki, "Göl Əli" ilə vəkil arasında bir müddətdir narazılıq yaranıb. Hadisənin məhz bu narazılıqdan qayanaqlandığı ehtimal edilir.

***09:30

Tovuz rayonunda tanımış vəkil güllələnib.

AZXEBER.COM-un BAKU.WS-ə istinadən verdiyi məlumata görə, vəkil Firudin Ələkbərli rayonun mərkəzində odlu silahdan güllələnib.

Vəkil təcili xəstəxanaya yerləşdirilib.
Вернуться назад