DataLife Engine > Cemiyyet > "Miq-29" təyyarəsinin pilotunun nəşi tapıldı - Sabah Fəxri Xiyabanda torpağa tapşırılacaq

"Miq-29" təyyarəsinin pilotunun nəşi tapıldı - Sabah Fəxri Xiyabanda torpağa tapşırılacaq


20-08-2019, 23:40. Разместил: sasaza
"Miq-29" təyyarəsinin pilotunun nəşi tapıldı - Sabah Fəxri Xiyabanda torpağa tapşırılacaq


24.07.2019-cu ildə axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb.

Bunu mətbuata açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O vurğulayıb ki, hazırda mərhumun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.

Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.

Sabah səhər Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində pilotla vida mərasimi keçiriləcək.

Mərhumun sabah II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Вернуться назад