DataLife Engine > Cemiyyet > Məşhur blogerin meyiti kanalizasiyadan tapıldı

Məşhur blogerin meyiti kanalizasiyadan tapıldı


27-07-2019, 23:14. Разместил: sasaza
Məşhur blogerin meyiti kanalizasiyadan tapıldı


"YouTube”dakı "Road to film” (“Filmə gedən yol”) kanalının müəllifi Pavel Ş.-nin meyiti Sankt-Peterburqdakı kanalizasiya korrektorlarından birindən aşkarlanıb.


Rusiya KİV-lərinin verdiyi xəbərə görə, polis məlumatı təsdiqləyib.


Əslən Belarusdan olan blogerin və onu müşayiət edən Aleksey adlı digerin meyitlərini Karpovka çayındakı kanalizasiya kollektorundan tapıblar. Pavel kanalizasiyada növbəti filmini çəkmək istəyirmiş.


İyulun 27-də axşam qırx yaşlı bloger özünün iki kamerasını da götürüb, diggerlə birlikdə təxminən 5 metr dərinliyi olan kollektora düşüb. Yerli vaxtda saat 5-də onlarla əlaqə kəsilib. Bundan sonra blogerin dostlarından biri polisə müraciət edib.


Ehtimala görə, Pavel hündürlükdən yıxılıb, digger isə havasızlıqdan boğulub.


Qeyd edək ki, “YouTube”dakı “Road to film” kanalının 578,5 min abunəçisi var, paylaşılan videoların izlənmə sayı isə ümumilikdə 72,8 milyonu keçir.
Вернуться назад