» » Natiq Cəfərli azadlığa buraxılıb


Natiq Cəfərli azadlığa buraxılıb

9-09-2016, 18:51
Oxunub: 322
Çap et
Natiq Cəfərli azadlığa buraxılıb


“Real" Hərəkatının icraçı katibi Natiq Cəfərli azadlığa buraxılıb. Vəkil Cavad Cavadovun Bizimyol.info saytına verdiyi məlumata görə, bu gün saat 17.50 radələrində Nəsimi Rayon Məhkəməsinə dəvət edilib. “Məhkəmədə prokurorluğun N.Cəfərlinin həbsdən azad olunması barədə təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib və onun azadlığa buraxılması barədə qərar qəbul edib.

N.Cəfərli həbsdə saxlanıldığı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.
Qeyd edək ki, N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

N.Cəfərli Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələrinə əsasən ittiham edilir.
Natiq Cəfərli azadlığa buraxılıb



Reytinq: