» » Azərbaycanda məktəb direktoru qəzada öldü - Fotolar+Yenilənib


Azərbaycanda məktəb direktoru qəzada öldü - Fotolar+Yenilənib

17-05-2016, 00:39
Oxunub: 398
Çap et
Azərbaycanda məktəb direktoru qəzada öldü - Fotolar+Yenilənib

Axşam saatlarında Qax-Şəki yolunun 1-ci km-də ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, Qax istiqamətində hərəkət edən "Niva" markalı minik avtomobili yol kənarında dayanmış traktorun arxa sol təkərinə çırpılıb.

Nəticədə "Niva"da olan bir qadın sərnişin dünyasını dəyişib. Sürücü və digər bir sərnişin isə yaralanıb.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

Qax-Şəki yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

Hadisə zamanı "Niva" markalı avtomobilin xəsarət alan digər qadın sərnişini də vəfat edib.

Hadisə Şəki rayonu, 1953-cü il təvəllüdlü Göybulaq kənd sakini Firudin Ziyadxan oğlu Təhməzovun idarə etdiyi "99-HA-745" qeydiyyat nişanlı "Niva" markalı avtomobilin yol kənarında dayanan və 1986-cı il təvəllüdlü Qax sakini Muradov Ruslan Ümüd oğluna məxsus olan "62-T-177" qeydiyyat nişanlı "Traktor"a çırpılması nəticəsində baş verib.

***

Bu gün axşam saatlarında Qax-Şəki yolunun 1-ci km-də baş verən yol qəzasının təfərrüatları məlum olub.

Qəza nəticəsində ölən 2 nəfərdən ana Səlihə Muradova və qızı Xanpəri Muradova olub.

Xanpəri Muradova Qax rayon İlisu kəndində Nizami Gəncəvi adına orta məktəbin direktorudur.

Ölənlər sürücünün həyat yoldaşı və qayınanası olublar.



Reytinq: