» » Bakıda yol polisini öldürən oğlanın atası saxlanılıb


Bakıda yol polisini öldürən oğlanın atası saxlanılıb

17-01-2015, 16:38
Oxunub: 900
Çap et
Bakıda yol polisini öldürən oğlanın atası saxlanılıb

Bakıda ötən gecə Dövlət Yol Polisinin (DYP) keçirdiyi reyddə 3 il əvvəl DYP əməkdaşını avtomobillə vurub öldürmüş şəxsin atası saxlanılıb.
milliyyet.az xəbər verir ki, bu barədə “Report”a hüquq-mühafizə orqanlarından bildirilib.
İsmayıl Həsənov avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün Bakının Nobel prospektində saxlanılıb.
Araşdırma nəticəsində onun oğlu - 1990-cı il təvəllüdlü Hüseyn İsmayılovun Yol Patrul Xidmətinin (YPX) əməkdaşı Mehman Kərimovu 2012-ci ildə Sabunçu rayonu, Aeroport şosesində vurub oldürdüyü məlum olub.
İ.Hüseynov polisə tabe olmayıb. O, saxlanıldıqdan sonra 37-ci polis bölməsinə, avtomobili isə “Cərimə meydançası”na aparılıb. Saxlanılan şəxs barəsində protokol tərtib edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.İsmayılova 14 il 6 ay həbs cəzası verilib.



Reytinq: