» » Zərdabda iki “VAZ 06” toqquşdu: 3 yaralı


Zərdabda iki “VAZ 06” toqquşdu: 3 yaralı

17-01-2015, 00:20
Oxunub: 910
Çap et
Zərdabda iki “VAZ 06” toqquşdu: 3 yaralı

Zərdabda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

milliyyet.az xəbər verir ki, Zərdab Rayon Polis şöbəsindən APA – nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saat 20:00 radələrində, Zərdab - Mollakənd yolunun Zərdab rayonunun Dəliquşçu kəndindən keçən hissəsində qeydə alınıb.

Dəkkəoba kənd sakini, 45 yaşlı Bayraməliyev Sədrəddin Cəllad oğlunun idarə etdiyi VAZ-2106 markalı maşınla, Dəliquşçu kənd sakini 36 yaşlı Soltanov Dəyanət Həbib oğlunun idarə etdiyi VAZ-2106 markalı maşın toqquşub. Nəticədə hər iki sürücü və D. Soltanovun maşınında sərnişin qismində olan 8 yaşlı oğlu Soltanov Həbib Dəyanət oğlu müxtəlif bədən xəsarətləri ilə Zərdab Mərkəzi Rayon xəstəxanasına gətiriliblər.

Xəstəxanadan APA – ya verilən məlumata görə, hər üç yaralıya ilkin tibbi yardım göstərilib, onlar Göyçay Mərkəzi Rayon xəstəxanasına göndəriliblər. Hadisənin baş vermə səbəbi Zərdab Rayon Polis şöbəsində araşdırılır.



Reytinq: