» » Metro bu il də pulsuz olmayacaq - AÇIQLAMA


Metro bu il də pulsuz olmayacaq - AÇIQLAMA

16-01-2015, 14:01
Oxunub: 765
Çap et
Metro bu il də pulsuz olmayacaq - AÇIQLAMA

“Bakı Metropoliteni” tərəfindən “20 Yanvar” faciəsi ilə bağlı xüsusi hazırlıq planı hazırlanıb.

milliyyet.az xəbər verir ki, bu barədə AzVision.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, faciə ilə bağlı bütün stansiyalar qərənfillərlə bəzədiləcək:

“Təsdiq olunmuş plana əsasən hazırlıqlar aparılır. “20 Yanvar” stansiyası bütünlüklə, hətta platformalar da qızılgüllərlə bəzədiləcək. Həmin gün bütün stansiyalarda matəm musiqisi səsləndiriləcək. Saat 12:00-da bütün qatarlar dayandırılacaq. Bir dəqiqəlik sükutla şəhidlərimiz yad ediləcək. Qatarlar fit verəcək”.

Həmin gün metrodan istifadənin pulsuz olmasına gəlincə, qurum rəsmisi bunun nəzərdə tutulmadığını bildirib.



Reytinq: