» » Ramil Usubov əmr imzalayıb - TƏYİNATLAR


Ramil Usubov əmr imzalayıb - TƏYİNATLAR

23-03-2016, 11:33
Oxunub: 764
Çap et
Ramil Usubov əmr imzalayıb - TƏYİNATLAR

Daxili işlər orqanlarında yeni təyinat olub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən Quba rayon Polis Şöbəsinin rəisi Telman Xasıyev tutduğu vəzifədən azad edilərək İsmayıllı rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini Süleyman Nemətov isə Quba Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, İsmayıllı rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışmış Nizami Qocayev bir müddət əvvəl öz arzusu ilə tutduğu vəzifədən azad edilib.

O, ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmrlə Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə icra idarəsinin rəisi təyin edilib.

APA



Reytinq: