» » "Tale Bağırzadənin burnunu sındırıblar" - Vəkil


"Tale Bağırzadənin burnunu sındırıblar" - Vəkil

7-01-2016, 20:19
Oxunub: 800
Çap et
"Tale Bağırzadənin burnunu sındırıblar" - VəkilMüsəlman Birliyi Hərəkatının sədri, Nardaranda həbs edilmiş Tale Bağırzadə “bandotdel”də işgəncəyə məruz qalıb, burnu sındırlıb.

Qaynar.info xəbər verir ki, bu barədə onun vəkili Cavad Cavadlı məlumat yayıb.

Vəkilin sözlərinə görə, dekabrın 29-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub və Tale Bağırzadəyə müdafiəçisi kii təqdim edilib. Vəkil Tale Bağırzadə ilə konfindensial ünsiyyət saxlaya bilməsə də, qısa danışmaq imkanı olub.

“Ağır işgəncələrə məruz qalıb, burun sümüyü sındırılıb, özünün bildiridiyinə görə, ondan etirafedici, hətta digər şəxslərə qarşı ifadələrin bu yolla alınmasına cəhdlər edilib. Buna baxmayaraq, o özünü təqsirli bilmiəyib. Onun ailə üzvləri ilə zəng etmək hüququ təmin olunmur, sovqat, hətta adi pal-paltar qəbul olunmur. Bu məsələ ilə bağlı Nəsimi rayon Məhkəməsində məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin baxılması 14 yanvar saat 15-00 təxirə salınıb. Məhkəmə iclasında işgəncə hallarının araşdırılması ilə bağlı məhkəmə tibb ekspertizasının keçirilməsi tələb edəcəyik”, – deyə vəkil qeyd edib.



Reytinq: