» » Bakıda hamilə qadın özünü binadan atdı


Bakıda hamilə qadın özünü binadan atdı

11-12-2015, 14:25
Oxunub: 849
Çap et
Paytaxtın Xətai rayon sakini, 18 yaşlı Xatirə Aşirova özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb.

Bakıda hamilə qadın özünü binadan atdımilliyyet.az Publika.az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saat 21:00 radələrində baş verib.

Onun intihar etməsinə səbəb kimi ailədaxili problemlərinin olması göstərilir.

Xatirə Aşirovanın yaxınları əməkdaşımıza bildiriblər ki, qadının həyat yoldaşı evə içkili gəlirmiş.

Hadisə baş verən gün o, əri ilə mübahisə edib.

Xatirə Aşirova 4 aylıq hamilə imiş. O, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Qadının vəziyyəti ağırdır.



Reytinq: