» » Bakıda yaşayış binasında yanğın


Bakıda yaşayış binasında yanğın

13-01-2015, 11:07
Oxunub: 1050
Çap et
Bakıda yaşayış binasında yanğın

milliyyet.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 82 kv.m olan 4 otaqlı mənzilin 1 otağı, dəhlizi və ev əşyaları 25 kv.m sahədə yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:06-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və ikinci mərtəbədə 1 otağın tavanı 5 kv.m sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 07:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.



Reytinq: