» » Milli Məclisin yeni deputatları and içəcəklər?.. -


Milli Məclisin yeni deputatları and içəcəklər?.. - AÇIQLAMA

18-11-2015, 10:30
Oxunub: 609
Çap et
Milli Məclisin yeni deputatları and içəcəklər?.. -
Noyabrın 1-də Azərbaycanda və Türkiyədə parlament seçkiləri keçirildi. Türkiyədə təkrar seçkilər nəticəsində millət vəkili mandatı qazanmış deputatlar dünən and içib fəaliyyətə başladırlar.


Azərbaycanda isə yeni deputatların siyahısını Konstitusiya Məhkəməsi təsdiq etdikdən sonra Milli Məclis yeni tərkibdə fəaliyyətə başlayacaq.
Türkiyədən fərqli olaraq, Azərbaycan parlamentində deputatlar fəaliyyətə başlayarkən and içmirlər. Halbuki, Azərbaycanda dövlət qulluğuna qəbul edilən məmurlar, müəllimliyə başlayan pedaqoqlar və bir sıra digər sahələrdə çalışanlarla bağlı xüsusi andiçmələr var.
Bəs deputatlarla bağlı niyə olmasın?...

Azərbaycanda deputatların andiçmə mərasimi nə vaxtsa keçirilə bilərmi? Ümumiyyətlə, Azərbaycan qanunvericiliyinə deputatların andiçməsi ilə bağlı müddəa salına bilərmi?

Yeni Azərbaycan Partiyası iicra katibinin müavini, Milli Məclisin İntizam Komissiyasının sədri Siyavuş Novruzov Modern.az saytına açıqlamasında deyib ki, bu cür məsələlər Konstitusiya ilə nəzərdə tutulmalıdır.

“Düzdür, Azərbaycanda dövlət qulluqçuları and içirlər. Amma Milli Məclisin Daxili Nizamnaməsində, Konstitusiyada, Seçki Məcəlləsində deputatların andiçmə məsələsi yoxdur. Amma bununla bağlı gələcəkdə təkliflər irəli sürülə bilər. Mümkündür ki, gələcəkdə sözügedən məsələyə baxıla bilər. Nə vaxt referendum olarsa, bunu yada salıb Konstitusiyaya daxil etmək olar. Daha sonra Milli Məclisin Daxili Nizamnaməsinə əlavə edilməlidir”.

Siyavuş Novruzov belə bir addımın qeyri-adi olmadığını da vurğulayıb

“Deputatların andiçmə məsələsi həyata keçirilərsə, bunu normal addım hesab etmək olar”.



Reytinq: