» » Bakıda avaraçılıq və dilənçiliklə məşğul olan 29 nəfər saxlanılıb


Bakıda avaraçılıq və dilənçiliklə məşğul olan 29 nəfər saxlanılıb

12-01-2015, 11:53
Oxunub: 801
Çap et
Bakıda avaraçılıq və dilənçiliklə məşğul olan 29 nəfər saxlanılıb

milliyyet.az APA-ya istinadən xəbər verir ki, Paytaxtda avaraçılıq və dilənçiliklə məşğul olan 29 nəfər qeydiyyatda olduqları rayonlara göndərilib.
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin Post Patrul Xidməti Bölüyünün, Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün 18-ci Polis Bölməsinin, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin, 20-ci Polis Bölməsinin 22 ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində, paytaxt ərazisində avaralıq və dilənçilik həyat tərzi keçirən 29 nəfər (7 kişi, 6 qadın, 16 azyaşlı) saxlanılıb. Onların barələrində inzibati qaydada tədbir görülüb, qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin edilib.



Reytinq: