» » Dünən gecə saxlanılan dindarlar barədə RƏSMİ AÇIQLAMA


Dünən gecə saxlanılan dindarlar barədə RƏSMİ AÇIQLAMA

6-11-2015, 12:04
Oxunub: 736
Çap et
Dünən gecə saxlanılan dindarlar barədə RƏSMİ AÇIQLAMAÖtən gecə Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısında aksiya zamanı saxlanılan şəxslər bu gün məhkəməyə aparılacaq. Bu barədə Sabunçu RPİ-dən məlumat verilib.

“Onların həbs ediləcəyi, cərimələnəcəyi, yaxud sərbəst buraxılacağı Sabunçu Rayon Məhkəməsinin qərarından sonra məlum olacaq”, - idarədən bildirilib.

Qeyd edək ki, ötən gecə Bakının Bakıxanov qəsəbəsində etiraz aksiyası keçirilib. “Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımlının polis tərəfindən saxlanılmasına etiraz edən dindarlar Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına yığışıb. E.Qasımlının azad olunmasını tələb edən şəxslərin bir neçəsi polis tərəfindən saxlanılıb. // report




Reytinq: