» » Dövlət qulluğuna vakansiya elan olundu


Dövlət qulluğuna vakansiya elan olundu

28-10-2015, 14:15
Oxunub: 1966
Çap et
Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edib.
Dövlət qulluğuna vakansiya elan olundu

Komissiyadan verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən vətəndaşlar bu gündən 26 noyabr saat 18:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın "Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu" elektron xidməti vasitəsilə qeydiyyatdan keçə bilər.

Qeydiyyatdan keçməyənlər isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı kağız daşıyıcılarda şəxsən təqdim edə, ya da poçt vasitəsilə (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) göndərə bilərlər.



Reytinq: