» » Azərbaycanda ən çox qar hardadır?


Azərbaycanda ən çox qar hardadır?

9-01-2015, 14:49
Oxunub: 855
Çap et
Azərbaycanda ən çox qar hardadır?

Ekologiya Nazirliyi faktiki hava haqqında məlumat yaydı
Ən çox qar Böyük Qafqaza yağıb.Milliye.az-ın ANS PRESS-ə istinadən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi yanvarın 08-i gündüzdən 09-u səhərədək ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, sulu qar, qar yağıb, bəzi yerlərdə intensiv və güclü olub. Güclü şimal-qərb küləyi əsib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 8-11, Naxçıvan MR-da 7-10, Lənkəran-Astara zonasında 8-52, Mərkəzi Aran rayonlarında 2-21, Böyük Qafqazda 6-39 mm, Kiçik Qafqazda 11 mm-dək təşkil edib.

Qar örtüyünün hündürlüyü Lənkəran-Astara zonasında 26, Böyük Qafqazda 40, Kiçik Qafqazda 9, Naxçıvan MR-da 38, Mərkəzi Aran rayonlarında 8, Bakıda və Abşeron yarımadasında 12 sm-dək olub.

Şimal-qərb küləyi Abşeron yarımadasında və bəzi rayonlarda 18-36 m/s-dək güclənib.



Reytinq: