» » Xalq şairi reanimasiyaya yerləşdirilib - FOTO


Xalq şairi reanimasiyaya yerləşdirilib - FOTO

14-10-2015, 14:48
Oxunub: 625
Çap et
Xalq şairi reanimasiyaya yerləşdirilib - FOTO


Xalq şairi Söhrab Tahir xəstəxanaya yerləşdirilib. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, xalq şairi hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindən müalicə olunur: “Dünən səhhətində problem yaranıb, vəziyyəti ağırlaşıb. Yaxınları xəstəxanaya aparıblar, həkim müdaxiləsindən sonra səhhəti normallaşıb. Həkimi ilə danışdıq, hazırda səhhətində ciddi, qorxulu bir şey yoxdur, müalicələri davam edir”.

89 yaşlı xalq şairi S. Tahirin ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.



Reytinq: