» » Bakıda görülməmiş olay: İtən 12 minlik qızılı tapdı və görün nə etdi - FOTOLAR


Bakıda görülməmiş olay: İtən 12 minlik qızılı tapdı və görün nə etdi - FOTOLAR

6-10-2015, 16:09
Oxunub: 2213
Çap et
Bakıda taksidə maraqlı olay yaşanıb.

Bakıda görülməmiş olay: İtən 12 minlik qızılı tapdı və görün nə etdi - FOTOLARAZXEBER.COM xəbər verir ki, Əfsanə Baliyeva adlı qadın sifariş etdiyi taksiyə minib. Taksiyə əyləşən qadın üzərində daşıdığı 12 min manatlıq qızıl-ziynət əşyasını taksidə unudub.

Oğurluq hadisəsindən şüphələnən qadın polisə müraciət etmək istəyib. Taksi sürücüsü Rəsul Muradov isə qızılların avtomobildə olduğunu görüb qadının axtarışına başlayıb. Sürücü avtomobilində tapdığı qızıl-ziynət əşyalarını öz təmsil olunduğu taksi şirkətinə təqdim edib.

Şirkət qadınla əlaqə saxlayaraq onun avtomobildə unutduğu qızıl-ziynət əşyalarını geri qaytarıb. Qadın sürücünün bu insani hərəkəti qarşısında ona mükafat vermək istəsə də, sürücü bu təklifi qəbul etməyib. Əfsanə Baliyeva bundan sonra “Dost Taxi” şirkətinə məxsus avtomobildə səfər edəcəyini söyləyib və şirkətin bütün əməkdaşlarına təşəkkür edib.

Qadın sözügedən qızılları pula çevirib anasının əməliyyatını edəcəyini və qızılların itməsinin böyük faciəyə səbəb ola biləcəyini söyləyib:

“Dost Taxidə işləyən hər kəsə təşəkkür edirəm. Allah hamısından razı olsun. Halal adamlardı. Bu cavan oğlan əgər qızılları tapıb mənə verməsəydi anamın əməliyyatını etdirə bilməyəcəkdim. Hər şeyə görə təşəkkür edirəm”.

Bakıda görülməmiş olay: İtən 12 minlik qızılı tapdı və görün nə etdi - FOTOLAR
Bakıda görülməmiş olay: İtən 12 minlik qızılı tapdı və görün nə etdi - FOTOLAR
Bakıda görülməmiş olay: İtən 12 minlik qızılı tapdı və görün nə etdi - FOTOLAR



Reytinq: