» » Bakıda maskalı şəxslər qadının evinə basqın edib


Bakıda maskalı şəxslər qadının evinə basqın edib

7-09-2015, 11:31
Oxunub: 622
Çap et
Onlar qadının əl-qolunu bağlayıblar

Bakıda maskalı şəxslər qadının evinə basqın edibBakıda quldurluq etmiş şəxslər tutulub. milliyyet.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, sentyabrın 1-də saat 12:20 radələrində naməlum şəxslər H.Z.Tağıyev küçəsində yeni yaşayş sahəsində yaşayan 1946-cı il təvəllüdlü Nelli Seyfullayevanın evinə maskalanaraq açıq qapıdan daxil olublar. Onlar qadının əl-qolunu bağlayıb 1000 manat pulunu və mobil telefonunu quldurluq yolu ilə talayıblar.

Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi, Xəzər RPİ Cinayət Axtarış Şöbəsi və 1-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Sabirabad rayon sakini, 1983-cü il təvəllüdlü İlham Zakir oğlu Abbasov, Abşeron rayon sakini, 1986-cı il təvəllüdlü Əli Xanəli oğlu Quliyev və Lənkaran rayon sakini, 1985-ci il təvəllüdlü Teyyub Əhmədulla oğlu Teymurov tutulub. Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, istintaq tədbirləri davam etdirilir.



Reytinq: