» » İtkin düşən iki çavuşumuzun meyiti tapıldı


İtkin düşən iki çavuşumuzun meyiti tapıldı

25-06-2015, 15:44
Oxunub: 898
Çap et
İyunun 23-də itkin düşmüş hərbçilərin meyiti tapılıb.

İtkin düşən iki çavuşumuzun meyiti tapıldıMüdafiə Nazirliyinin saytında verilən məlumata görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, dağ-meşə şəraitində yolu azan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun axtarışları Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

İyunun 25-də hərbi qulluqçuların meyitləri qarşı tərəfdə minalanmış sahədə aşkar edilib. Görülən tədbirlər nəticəsində cəsədlər ərazidən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.



Reytinq: