» » Bu gecə bu yola çıxmayın, bağlı olacaq...


Bu gecə bu yola çıxmayın, bağlı olacaq...

5-06-2015, 16:35
Oxunub: 774
Çap et
Bu gecə bu yola çıxmayın, bağlı olacaq...Bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Bakı-Ələt avtomobil yolunun “Azneft” meydanından Bakı Su İdmanı Sarayına qədər olan hissəsində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri həyata keçiriləcək.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən verilən məlumata görə, işlər hər iki istiqamətdə aparılacaq. Bununla bağlı olaraq sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Yəni rəngləmə işləri bir hərəkət zolağında aparılırsa, nəqliyyat vasitələri digər hərəkət zolaqları ilə hərəkətlərini rahat və maneəsiz şəkildə davam etdirə biləcəklər.

Qeyd edək ki, I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri Ziya Bünyadov prospektində, Bakı Dairəvi-1 avtomobil yolunda, Bakı-Ələt avtomobil yolunun “Lökbatan dairəsi”ndən Bibiheybət məscidinədək olan hissəsində yekunlaşıb. “Azəryolservis” ASC yaranacaq müvəqqəti narahatlığa görə üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 25 santimetr enində sarı xətt, asfalt üzərində təyin edilən yerlərdə isə Bakı-2015 Avropa Oyunlarının loqotipinin şəkli çəkilib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət edilir və kənar maşınların bu zolaqla hərəkəti tamamilə məhdudlaşdırılıb.



Reytinq: