» » Bakıda avtobusda daha bir sürücü özbaşınalığı: Çənəni sındıraram (VİDEO, FOTO)


Bakıda avtobusda daha bir sürücü özbaşınalığı: Çənəni sındıraram (VİDEO, FOTO)

28-05-2015, 23:13
Oxunub: 801
Çap et
88 saylı marşurutda sərnişinlər sürücüyə etiraz etdi
Bakıda avtobusda daha bir sürücü özbaşınalığı: Çənəni sındıraram (VİDEO, FOTO)
Bakıda sərnişin avtobusunda daha bir sürücü özbaşınalığı baş verib.

milliyyet.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, 10-TH-026 dövlət nömrə nişanlı 88 saylı marşurutun sürücüsü avtobusu idarə edərkən telefonla danışıb. Bu isə sərnişinlərin narazılığına səbəb olub.

Sərnişinlər sürücüyə etiraz edərək bildiriblər ki, avtobusu idarə edərkən telefonla danışmasın. Daha sonra Türkiyə vətəndaşı ilə sürücü arasında mübahisə düşüb.

Sürücü isə bu iradla razılaşmayıb və sərnişinin üzərinə qışqırıb, "çənəni sındıraram" deyib. Halbuki, sürücü avtobusu telefonla danışa-danışa idarə edərkən sərnişinlərin də həyatını təhlükə altına atır.



Reytinq: