» » Bakıda mikroavtobusla minik maşını toqquşub: 6 yaralı var


Bakıda mikroavtobusla minik maşını toqquşub: 6 yaralı var

25-05-2015, 09:38
Oxunub: 803
Çap et
Qəzadan sonra yaralılara tibbi yardım göstərmək üçün hadisə yerinə bir-neçə təcili yardım avtomobili çağrılıb

Bakıda mikroavtobusla minik maşını toqquşub: 6 yaralı varBakının Nəsimi rayonunda mikroavtobus və minik maşınının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Eldar Babayev küçəsi idə Ziya Bünyadov prospektinin kəsişməsində qeydə alınıb. Hadisə zamanı yeni inşa olunan yol ötürücüsünün üzərində bir-birinin əksi istiqamətdə hərəkət edən Elvin Lətifovunun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla, “Daywoo” markalı nəqliyyat vasitəsi toqquşub. Qəzadan sonra yaralılara tibbi yardım göstərmək üçün hadisə yerinə bir-neçə təcili yardım avtomobili çağrılıb.

Yaralılara hadisə yerində edilən tibbi yardımdan sonra mikroavtobus və minik maşınında olan 6 sərnişin xəstəxanaya göndərilib.

Qəzanın səbəbləri sırasında isə yol ötürücüsünün üzərində avtomobillərdən birinin digərinin yoluna çıxması göstərilib. Səbəbkar sürücü isə araşdırmalardan sonra məlum olacaq. (Anspress)



Reytinq: