» » Bakı aeroportuna gedənlər diqqətli olsunlar


Bakı aeroportuna gedənlər diqqətli olsunlar

30-04-2015, 18:37
Oxunub: 650
Çap et
Bakı aeroportuna gedənlər diqqətli olsunlarSabah Heydər Əliyev prospektinin “Hava limanı” yol qovşağından “Sabunçu” yol qovşağınadək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

milliyyet.az Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinə istinadən bildirir ki, göstərilən ərazidə qismən məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbi ilə səhər saat 10:30-dan axşam saat 17:00-dək tətbiq ediləcək.

Sürücülərə aparılan işlərlə əlaqədar alternativ yollardan istifadə etmələri, aeroporta gedənlərə isə gecikməmək üçün diqqətli olmaları tövsiyə olunur.



Reytinq: