» » Bakıda manyak peyda olub


Bakıda manyak peyda olub

22-04-2015, 16:34
Oxunub: 935
Çap et
Paytaxtın Xətai rayonunda qeyri-adi hərəkətlər edən şəxs haqda polisə məlumat verilib.
Bakıda manyak peyda olub
milliyyet.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, A.Qurban küçəsində yaşayan 1989-cu il təvəllüdlü Pərvin Məmmədova bildirib ki, axşam saat 22:15 radələrində evin qapısını açıq qoyub gedib, 15 dəqiqə sonra geri qayıtdıqda evin dağınıq vəziyyətdə olduğunu görüb.

Evdə isə üzündə maska olan bir nəfərin əlində olan bıçağı öz bədəninə sürtərək sakitcə dayandığını görüb.

P.Məmmədova bunu görən kimi qışqırıb, naməlum şəxs isə heç bir söz demədən sakitcə evdən çıxıb.

Bir müddət sonra həmin şəxs pəncərədən evə baxıb, təkrar evə girib. Qız yenidən qışqırdıqda çıxıb gedib.

Sonradan məlum olub ki, həmin şəxs evdən heç nə oğurlamayıb və Pərvin Məmmədovadan heç nə tələb etməyib.

Xətai RPİ 37-ci Polis Bölməsindən sayta bildirilib ki, məsələ İstintaq Şöbəsində araşdırılır.



Reytinq: