» » Xətaidə “Ford” və "Mercedes" toqquşdu: yaralı var


Xətaidə “Ford” və "Mercedes" toqquşdu: yaralı var

21-04-2015, 17:50
Oxunub: 816
Çap et
Xətaidə “Ford” və "Mercedes" toqquşdu: yaralı varBu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xətai rayonunda “Ford” və "Mercedes" markalı minik avtomobillərinin toqquşması ilə bağlı məlumat daxil olub. milliyyet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər “Ford” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:51-də başa çatıb.



Reytinq: