» » Bakıda polis qəza törətdi: 8 yaşlı uşaq yaralandı


Bakıda polis qəza törətdi: 8 yaşlı uşaq yaralandı

9-04-2015, 17:35
Oxunub: 653
Çap et
Bakıda polis qəza törətdi: 8 yaşlı uşaq yaralandıBakıda polis xidməti maşını ilə qəza törədib. milliyyet.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, hadisə Zığ yolu küçəsində baş verib.

Bakı şəhər Baş Polis İdarəsinin konvoy manqasının polis serjantı, 1987-ci il təvəllüdlü Fərhad Məmmədov qarşıda olan maşını arxadan vurub.

Bakı sakini, 1973-cü il təvəllüdlü Arzu Tanarquluyevin idarə etdiyi "Nissan" markalı avtomobilin vurulması nəticəsində A.Tanarquluyevin sərnişini-oğlu, 2007-ci il təvəllüdlü Erkin kəllə beyin tarvması ilə 7 saylı Təcci Tibbi Yardım Stansiyasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Reytinq: