» » Sabah nişanı olacaq gənclər qəzaya düşdü, oğlan öldü


Sabah nişanı olacaq gənclər qəzaya düşdü, oğlan öldü

21-03-2015, 20:03
Oxunub: 1556
Çap et
Sabah nişanı olacaq gənclər qəzaya düşdü, oğlan öldüBu gün Xaçmaz rayonunda ağır yol qəzası baş verib.

Bu gün saat 11 radələrində Xudat-Nabran yolunda “Mercedes” markalı, 40 BL 270 nömrə nişanlı avtomobil sürətlə hərəkət edərkən idarəetməni itirib. Avtomobil yol kənarındakı avtoyuma məntəqəsinə çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü, 1994-cü il təvəllüdlü İlqar Əli oğlu Əliyev hadisə yerində ölüb. Onun sərnişini - 2000-ci il təvəllüdlü Fatimə Kamran qızı Yəhyayeva ağır yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

milliyyet.az Anspress-ə istinadən xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsinin müstəntiqi Hafiz Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, avtomobilin sürücüsü İlqar Əliyevin sabah nişanı olacaqdı. Yanındakı sərnişin isə onun nişanlısı olub.

Faktla bağlı araşdırma aparılır.



Reytinq: